Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elanlar

 

------------------

Konfrans 

7-8 mart 2024-cü il tarixlərində Ankara Hacı Bayram Veli Universiteti, Mingəçevir Dövlət Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda “Asudə vaxt və istirahət sahəsində gələcək trendlər” (“Future Trends in Leisure & Recreation (FTLRC 2024)”) mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. 

Konfrans haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir:

https://hacibayram.edu.tr/ftlrc24?lang=tr-TR

https://mdu.edu.az/asud%c9%99-vaxt-v%c9%99-istirah%c9%99t-sah%c9%99sind%c9%99-g%c9%99l%c9%99c%c9%99k-trendl%c9%99r-future-trends-in-leisure-recreation-ftlrc-2024-movzusunda/

 ------------------

Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 10 aprel 2024-cü il tarixində "Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlili və gələcəyə baxış" mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək.

ETN İqtisadiyyat İnstitutunun əməkdaşları konfransda iştirak etməyə dəvət olunurlar.

-----------------

 12-13 aprel 2024-cü il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Aerokosmos Agentliyi, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstititu, eyni zamanda, bir sıra xarici ali təhsil müəssisələrinin tərəfdaşlığı ilə "Ağıllı ətraf mühit və yaşıl texnologiyalar" (Smart environment and green technology) adlı Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransın Elm Komitəsində 30 ölkədən 50-dən çox yerli və xarici alimlər yer almışlar. Konfransın proqram komitəsində iştirak edəcək alimlərin "H" indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqli "Scopus" məlumat bazasında indekslənməsi üçün Beynəlxalq Springer nəşriyyatı ilə razılıq əldə edilmişdir.

Konfransda iştirak imkanları ilə bağlı aşağıdakı linkdən keçid etməklə məlumat almaq olar.  

https://icsegt2024.com/register/

--------------------------

03-0may 2024-cü  ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransda iştirak imkanları ilə bağlı aşağıdakı linkdən keçid etməklə məlumat almaq olar.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans 

 

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutu elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” II Beynəlxalq elmi konfrans təşkil edir.

Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.

Konfransın proqramı

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır.

Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və konfrans iştirakçılarına göndəriləcəkdir.

Konfransın keçiriləcəyi məkan və vaxtı:

Beynəlxalq elmi konfrans 15 oktyabr 2021-ci ildə ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir.

 Konfransın aşağıdakı istiqamətlər üzrə təşkil edilməsi planlaşdırılır:

1. “Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”

2. “Təbiət və dəqiq elmlər tarixi”

3. “Humanitar və ictimai elmlər tarixi”

4. “Elm adamları və elmi məktəblər”

5. “Elmşünaslıq və elmin populyarlaşdırılması”

 Bölmələrin sayı və adı Təşkilat Komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənə bilər.

Konfransda iştirakın forma və şərtləri

 Konfransda iştirak etmək üçün müraciət formalarının göndərilməsi və iştirakçıların qeydiyyatı qaydası:

Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 5 sentyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin aşağıdakı poçt ünvanına təqdim etmək lazımdır: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Əlavə məlumat:

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi: 15 sentyabr 2021-ci il

Məqalələrin göndərilməsi üçün son tarix: 25 sentyabr 2021-ci il

Tezis və məqalələrin tərtibi qaydaları:

Həcm: Tezis üçün 300 söz, Məqalə üçün 2000-2500 söz

Məqalələrdə istinadlar APA style ilə verilməlidir.

Tezis və məqalələrin strukturu:

1. Tezis və məqalənin adı

2. Müəllifin soyadı, adı, atasının adı

3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi

Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.

 Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə

Telefon: +994 (012) 539 51 34, (050) 268 22 44

 Əlavə 1

15 oktyabr 2021 il tarixində keçiriləcək “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” adlı II Beynəlxalq Elmi Konfranda iştirak edənlər üçün

Müraciət forması 

1. İştirakçı haqqında məlumat

Ad, soyad, ata adı

 

İşlədiyi müəssisənin adı

 

Vəzifəsi

 

Elmi dərəcə, elmi ad

 

Е-mail:

 

Əlaqə nömrəsi

 

 

Elmi Seminarda doktorluq dissertasiya işi müzakirə olunacaq

     08 aprel 2021-ci il saat 14:00 tarixində AMEA İqtisadiyyat İnstitutunun Elmi Seminarında Məmmədov Yaşar Əzimağa oğlunun 5308.01 “Ümumi iqtisadiyyat” ixtisasına  uyğun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etmiş olduğu AZƏRBAYCAN RESPUBLİKASINDA MÜSTƏQİL AUDİTOR XİDMƏTİNİN İQTİSADİ SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ  VƏ  ONUN YÜKSƏLDİLMƏSİ YOLLARI” adlı dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.

Müzakirədə  iştirak etmək istəyənlər aşağıdakı link vasitəsi ilə qoşula bilərlər.

Join Zoom Meeting

 
Идентификатор конференции: 893 3410 4503
Код доступа: 0804

Bakı Biznes Universitetində elmi konfrans keçiriləcək

 

  Bakı Biznes Universitetində 06 - 07 may 2021-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanm işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. 

Qeyri-elmi əməkdaşların attestasiyası keçiriləcək

  AMEA İqtisadiyyat  İnstitutunun  direktoru, professor. N.M. İmanovun 02 fevral 2021-ci il tarixli 20 saylı əmrinə əsasən 19 fevral 2021-ci il tarixində saat 10:00-da aşağıda adları çəkilən qeyri-elmi əməkdaşların attestasiyası keçiriləcək.

    1. Abdalova Rəfiqə Nizami q. – böyük laborant

    2. Abbasova Laləzar Serqey q. – kompyuter operatoru

    3. Alıyev Şakir Şükür o. – ümumi işlər üzrə direktor müavini

    4.Alıyeva Sevda Rafiq q. – böyük laborant

    5. Axundova Aytən Elçin q – böyük laborant

    6. Bayazitoğlu Səadət Nurəddin q. –  kompyuter operatoru

    7. Bağırova Fatimə Məmmədhəsən q. –  kompyuter operatoru

    8. Baxşıyeva Aynur Etibar q. – böyük laborant

    9. Cəfərova Səmra Bilqamin q. – kompyuter operatoru

   10. Əhmədova Ağca İsa q. – mühasibin müavini

   11. Əliyeva Daqmara Müşfiq q. – böyük  laborant

   12.Əhmədov Natiq Rəşid.o. - sürücü  

   13. Fərəcova Xəyalə Əli q. – böyük laborant

   14. Fərəcova Fatma Məmməd q. – redaktor

   15. Hüseynova Tahirə İsrail q. – xadimə

   16. Hüseynzadə Nicat Telman o. – böyük laborant

   17. Xəlilov Mail Hüccət o. – çapçı

   18. İbrahimova Afaq Rəhman q. – böyük laborant

   19. İbadova Təranə Sətulla q. – böyük laborant

   20. İmanova Aksana Müşfiq q. – mütəxəssis

   21.Karaca Esmira Musa q. – böyük laborant

   22.Qasımova Mehriban Qulam q. – arxiv müdiri

   23.Qədirova Gülnar Cəfər q. – böyük laborant

   24.Məmmədova Bilurə Müzəffər q. – böyük laborant

   25.Məmmədova Ellada Famil q. –  böyük laborant

   26.Məlikova Nərgiz Rufulla q. – böyük laborant

   27.Məhərrəmova Nobar Əlfan q. – xadimə

   28.Mustafayeva Pərvanə Çingiz q. – böyük laborant

   29.Mustafayeva Şəfəq Xoşbəxt q. – kargüzar

   30.Rüstəmova Nilufər Qurban q. – xadimə

   31.Sultanzadə Əzəl Azər o. – böyük laborant

   32.Şükürova Gülnar Məzahir q. – kompyuter operatoru

   33.Şıxıyev Murad Teymur o – böyük laborant

   34.Zeynalova Fidan Tələt q. – böyük laborant

 

ÜTT-nin Texniki Yardım Proqramında iştirak imkanı

 Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Texniki Yardım Proqramının (WTO Chairs Programme) 2021-ci ildən etibarən növbəti fazasının başlanması nəzərdə tutulur. Bu məqsədlə, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ÜTT-yə üzv və qeyri-üzv dövlətlərinin elmi qurumları və universitetləri maraqlarını ifadə etməyə dəvət olunurlar.

 ÜTT-nın ticarətlə əlaqədar texniki yardımının tamamlayıcısı olan WCP (proqram haqqında məlumat əlavə olunur) benefisiar ölkələrin universitet və akademik qurumlarının potensialının gücləndirilməsi məqsədini daşıyır.

Sözügedən proqramda iştirak etməkdə maraqlı olduğunuz halda 15.01.2021-ci il tarixinədək http://wtochairs.org/expression-interest internet səhifəsi vasitəsilə birbaşa olaraq təşkilatçılara müraciət etməyinizi və AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinə məlumat verməyinizi xahiş edirik.

Bahar Mahmudovanın vəfatı ilə əlaqədar başsağlığı

 AMEA İqtisadiyyat İnstitutunun kollektivi İnstitutun gənc əməkdaşı Bahar Mahmudovanın  vaxtsız  vəfatından kədərləndiyini bildirir, yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verirlər.

 Allahdan rəhmət və səbr diləyirik!

“Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda elmi konfrans

Mingəçevir Dövlət Universiteti “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirir.

Konfransın keçirilmə yeri və tarixi:

Mingəçevir Dövlət Universiteti, 11-12 dekabr 2020-ci il.

Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə tezislər qəbul edilir:

Bölmələr:

1.Təbiət və texnika bölməsi;

2.İqtisadiyyat və idarəetmə bölməsi;

3.Təhsil və humanitar bölmə.

İstiqamətlər:

1. Azərbaycanda milli innovasiya fəaliyyətinin inkişafı: reallıqlar və perspektivlər.

2. Milli innovasiya sistemində regionların yeri və rolu.

3. Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi.

4. İnnovasiyalı inkişafda informasiya təminatı.

5. Sənaye, energetika və nəqliyyat sahəsində nanotexnologiyalar.

6. Qloballaşma şəraitində elmi innovasiyaların tətbiqi cəmiyyətin inkişaf amili kimi.

7. Elm, təhsil və praktikanın inteqrasiyası: mövcud vəziyyət və innovativ hədəflər.

8. Müasir təhsil sistemində kreativ düşüncənin inkişaf etdirilməsi ölkənin innovasion gələcəyinin təminatıdır.

9. İqtisadi sistemlərin innovativ inkişaf strategiyasının müasir tendensiyaları.

10. Yeni texnologiyaların yaranmasinda humanitar elmlərin rolu və inteqrasiyası.

11. İnformasiya-kommunikasiya texnologiyaları: reallıqlar və inkişaf istiqamətləri.

12. Humanitar sahədə innovasiyalar.

 Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları kitab şəklində çap olunacaqdır.

 TEZİSLƏRIN TƏRTİB OLUNMA QAYDALARI:

 Təqdim olunan tezislər aşağıdakı tələblərə uyğun olaraq tərtib edilir:

- tezislər Azərbaycan, rus və ingilis dillərində (1 nüsxədə və elektron variantda) təqdim olunur;

- mətn Microsoft Word formatında Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,5; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm) yığılır, A4 formatlı standart (210x297mm) ağ kağızda çap olunur;

-  tezisin mətni 3-4 səhifə həcmində olmalıdır;

-  mətndən əvvəl yuxarıdan solda UOT (rubrikatora uyğun Universal Onluq Təsnifatı indeksləri) indeks (adi şriftlə), növbəti sətirdə mərkəzdə tezisin adı (qalın şriftlərlə), növbəti sətirdə tezisçinin elmi dərəcəsi, elmi adı, soyadı, adı və atasının adı (tam açıq şəkildə), onun altında isə tezisçinin işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), əlaqə nömrəsi (təşkilati komitə üçün) yazılmalıdır (bax Nümunə 1);

- ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [2]).

Tezis göndərildikdən sonra müvafiq bölmələrə təqdim ediləcək və konfrans materiallarına daxil edilməsi barədə bölmələr tərəfindən məqsədəuyğunluğu qiymətləndiriləcəkdir. Zərurət yarandıqda bölmələrin müəyyən iradlarının nəzərə alınması əsasında tezislər üzərində düzəlişlərin edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Bölmənin iradları qəbul edilmədikdə və düzəliş olunub vaxtında göndərilmədikdə tezislər qeyri-məqbul kimi qiymətləndiriləcək və konfrans materiallarına daxil edilməyəcəkdir.

Bölmələrə təqdim edilmiş tezislər geri qaytarılmır.

Tezislər 25 noyabr 2020-ci il tarixindən gec olmayaraq kagız və elektron formada aşağıda göstərilən ünvanlara göndərilməlidir.

Ünvan: Mingəçevir Dövlət Universiteti

Az4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21

Məsul katib: Mustafayev Vüqar Sabir oğlu

Əlaqə telefonu: (+99450) 521-96-97

Elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

www.mdu.edu.az

İ.f.d. Yunus Sadıqova “Dosent” elmi adı verilmişdir

 Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Yunus Sadıqova “Dosent” elmi adı verilmişdir. Bu münasibətlə İnstitutun kollektivi adından onu təbrik edir və elmi fəliyyətində yeni uğurlar arzulayırıq!

“Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda elmi konfrans

 22-23 oktyabr 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.

Böyük məmnuniyyətlə Sizi konfransda iştirak etməyə dəvət edirik.

 Konfrans Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmış və Təhsil nazirinin 29.01.2020-ci il tarixli F-47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.

 Konfransın bölmələri

- Azərbaycanın ticarət-logistika infrastrukturunun gücləndirilməsinə tranzit potensialının təsiri

- Azərbaycanın qeyri-neft sektorunda artım potensialını gücləndirilmək üçün infrastruktur və tranzit koridorlarının əhəmiyyəti

- Azərbaycanda tranzit-nəqliyyat xidmətlərinin inkişafı

- Azərbaycanın nəqliyyat-tranzit sektorunun ölkənin sosial-iqtisadi infrastrukturunun dayanaqlı inkişafında yeri və rolu

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

Konfransın formatı: əyani və ya onlayn - əlavə olaraq məlumat veriləcəkdir.

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü - A4

Boş sahə hər tərəfdən - 2 sm

Şrift - Times New Roman

Şrift ölçüsü - 12 pt

Sətirarası interval  - 1,15 sm

Abzas - 1,25 sm

Məqalənin adı - ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin adı, soyadı, atasının adı - ortadan, qalın şriflə

İş yeri, şəhər, ölkə - ortadan, kursivlə

E-poct ünvanı - ortadan, kursivlə   

Açar sözlər (5-7 söz) - Azərbaycan, ingilis və rus dillərində   

Xülasə (60-80 söz) -  məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi- 5 səhifəyə qədər

Ədəbiyyata istinadlar - kvadrat mötərizədə

Ədəbiyyatsiyahısı - əlifba sırası ilə

 Konfransın materialları Äntiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X) çap olunaraq, sdu.edu.az saytında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.

 Materiallar 15 oktyabr 2020-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur: AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkli və menecment kafedrası (otaq 403).

 Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.

 Əlaqələndirici şəxs - dos. Qalib Hüseynov

 Əlaqə telefonları: (+99418) 64215 06 (1-09), (+99450) 752 22 91

 Təşkilat komitəsi

ATU-nun 70 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

 26-27 noyabr 2020-ci il tarixlərində AMEA-nın idarəetmə Sistemləri İnstitutu ilə birlikdə Azərbaycan Texniki Universitetinin 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçiriləcəkdir.

Konfransın qoşmada göstərilən 4 bölməsi üzrə 3 dildə (azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.

Redaksiya heyəti tərəfindən müsbət rəy verildiyi halda, məqalələr Azərbaycan Texniki Universitetinin “Konfransın materialları toplusu”nda dərc olunacaqdır.

Böyük məmnuniyyətlə Sizi konfransa dəvət edir və AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşlarının elmi məqalələrinin noyabr ayının 10-nadək təşkilat komitəsinə təqdim olunmasını xahiş edirik.

Konfransa təqdim edilən tezis və məqalələrə qoyulan tələblər

Məruzə azərbaycan, rus və ingilis dillərindən birində təqdim olunmalıdır.

Məruzə MS Word proqramında A4 formatında (sol və sağ - 2 sm, yuxarı və aşağı - 2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanmalıdır.

Məruzə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: müəllif(lər)in tam adı - ortada; müəllif(lər)in iş yeri, şəhər və ölkə - ortada, sonda 6 pt interval (əgər müəlliflər müxtəlif təşkilatları təmsil edirlərsə, müəllifin və təşkilatın adı yuxarı indekslə nömrələnir); məruzənin adı - ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, e-mail ünvanı.

Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.

Məruzədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil - şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.

Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istifadə olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.

Konfransa məruzə göndərildikdə müəlliflər haqqında məlumat: müəllifin tam adı, elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məruzənin adı, konfransın bölmə nömrəsi və adı elektron məktubda təqdim olunur.

Məruzə elektron formada aşağıdakı ünvana göndərilir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Hər bir məruzə təşkilat komitəsinin üzvləri tərəfindən ilkin qiymətləndirilərək rəyə göndərilir.

Təşkilat Komitəsinin üzvləri tərəfindən qəbul edilməyən məruzələr rəyə göndərilmir və mətn müəllifə qaytarılmır.

Mətndə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

Konfransa təqdim olunmuş və müsbət rəydən keçmiş məruzələr “Konfransın Materialları Toplusu”nda dərc olunacaqdır.

Məruzə iki sütunlu mətn formatında təqdim edilməli və 6 səhifədən artıq olmamalıdır.

Məqalənin əvvəlində açar sözlər və 2 dildə (məqalənin tərtib edildiyi və digər konfrans dillərindən birində) 50-100 sözdən ibarət xülasə verilməlidir.

30 oktyabr 2020-ci il - Materialların elektron versiyasının təqdim edilməsinin son tarixi.

10 noyabr 2020-ci il - Konfransın proqramının göndərilməsi.

Konfransın işi 26-27 noyabr 2020-ci il tarixlərində plenar və bölmə iclaslarında azərbaycan, rus, ingilis dillərində aparılacaqdır.

Konfransın keçirildiyi ünvanı: AZ1Q73, Bakı ş., H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti.

Konfransın Təşkilat Komitəsi ilə əlaqə: Mərziyyə Ağayeva - Azərbaycan Texniki Universitetinin “Tədqiqat və inkişaf” şöbəsinin müdiri, dosent, konfransın elmi katibi.

www.aztu.edu.az

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  Tel: (+994 12) 538-94-16 Fax: (+994 12) 538-32-80