Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

  • Oxunub 455 dəfə

 Rəsmi adı Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə Sveriges Riksbank Mükafatı olan İqtisadiyyat üzrə Nobel mükafatı İsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir. İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi. Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur.

 Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Bu mükafat İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.  Bununla belə, laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.

 2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verilmişdir. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu. 2009-cu ilə qədər bu mükafatı qazanan tək qadın iqtisadiyyatçı Elinor Ostrom idi. 2019-cu ildə Ester Duflo bu mükafatı qazanaraq tarixdəki ikinci qadın İqtisadiyyat üzrə Nobel mükafatı laureatı oldu. 2023-cü ildə isə üçüncü qadın - amerikalı Klaudia Qoldin “Əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsi"nə görə mükafata layiq görülmüşdür.

1969-cu ildən 2023-cü ilədək olan dövrdə İqtisadiyyat üzrə bütün Nobel mükafatı laureatlarının illər üzrə siyahısı  aşağıdakı linkdə verilmişdir.  

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının illər üzrə siyahısı