az   |   en   |    ru

"Post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri" mövzusunda tədqiqatlar aparılacaq 17.02.2017

  • Oxunub 185 dəfə

 Elmi Şurada bu il qəbul olmuş dissertantların yazacaqları dissertasiya mövzuları təsdiqləndi

 Fevralın 17-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. İlk öncə prof. N.Müzəffərli fevralın 12-14-də Dubayda keçirilən V Dünya Hökumətlər Sammiti (World Government Summit) haqqında məlumat verdi, sammit çərçivəsində İnstitutun aparıcı elmi işçisi Rüfət Efendiyevlə birlikdə iştirak etdikləri tədbirlər, orada müzakirə edilən başlıca elmi mövzular barədə danışdı, təəsüratlarını bölüşdü.

 İclasda növbəti 2 ilin - 2017-2018-ci illərdə İnstitutda yerinə yetiriləcək "Post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri" mövzusunda elmi-tədqiqat plan işləri geniş müzakirə edildi. Bu barədə İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov məruzə etdi. Tədqiqat mövzularının İnstitutun elmi şöbələrində yerinə yetirilməsi üzrə təklif və tövsiyyələr dinlənildi, tədqiqatların dərinləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 İclasda İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva 2016/2017-ci tədris ili üçün elmlər doktoru proqramı və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verdi. Bu il qəbul olmuş dissertantların da iştirakı ilə onların yazacaqları dissertasiya mövzuları bir-bir geniş müzakirə edilərək təsdiqləndi (economics.com.az).