az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda iki yeni şöbə yaradıldı 31.10.2016

  • Oxunub 226 dəfə

 Bu barədə Elmi Şuranın iclasında qərar qəbul edildi

 Oktyabrın 31-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edildi.
İclasda İnstitutun baş elmi işçisi, iqtisad elmləri doktoru, prof. Tərbiz Əliyevin Elmi Şuranın tərkibinə daxil edilməsi haqqında qərar qəbul olundu.

 Toplantıda AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli 9/6 saylı qərarı - AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə müvafiq strukturların yaradılması haqqında məsələ müzakirə edildi. Elmi Şurada İnstitutda iki yeni şöbənin - ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin yaradılması haqqında qərar qəbul olundu.

 İclasda İnstitutun baş elmi işçisi, i.f.d. Əli Hüseynovun bu il oktyabrın 14-15-də Dağıstan Dövlət Universitetinin 85 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı ilə bağlı hesabatı dinlənildi (economics.com.az).