az   |   en   |    ru

Professor Tofiq Hüseynov İqtisadiyyat Nazirliyinin yaratdığı işçi qrupuna üzv daxil edilib

  • Oxunub 90 dəfə

 Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərman imzalayıb. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tapşırıqların icrasını təmin etmək üçün nazirlik tərəfindən müvafiq işçi qrupları yaradılıb.

 “Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması" prioritet istiqamətinin “Dəstəkləyici sistemin yaradılması" və “Sektorlar üzrə əmək məhsuldarlığı təşəbbüslərinin reallaşması" tədbirlərinin icrasının təmin edilməsi üzrə İqtisadiyyat Nazirliyinin “İqtisadi və sosial sahələrin inkişafı şöbəsi”nin müdir müavini Hüseyn Hüseynovun rəhbərliyi ilə işçi qrup formalaşdırılıb. AMEA İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, i.e.d., professor Tofiq Hüseynov həmin işçi qrupuna üzv daxil edilib (economics.com.az).