az   |   en   |    ru

“Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

  • Oxunub 230 dəfə

 AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə 06 oktyabr 2017-ci il tarixində AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Beynəlxalq konfransa məqalə və ya tezis formasında təqdim olunan materiallar kitab şəklində dərc ediləcək.

Beynəlxalq konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

1 Azərbaycanda aparılan iqtisadi islahatların strateji istiqamətləri və dayanıqlı sosial-iqtisadi inkişafın problemləri;
2. Aktiv vergi siyasəti və vergiqoymanın elmi-nəzəri və praktiki problemləri; 
3. İqtisadi proseslərin təhlili və idarə olunmasında ekonometrikanın, riyazi üsul və modellərin tətbiqi.

Konfransın proqramına daxil ediləcək məruzələr 31 avqust 2017-ci il tarixindən gec olmayaraq Azərbaycan, rus, türk və ingilis dillərinin birində, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanlarına göndərilə bilər. Bakı və Sumqayıt şəhərindən olan müəlliflər məruzələrini həmçinin A4 formatlı kağızda çap olunmuş, surəti elektron daşıyıcıda olmaqla Təşkilat Komitəsinə təqdim edə bilər. Beynəlxalq konfransa qəbul olunmuş məruzələr haqqında müəlliflərə 15 sentyabr 2017-ci il tarixinə qədər məlumat veriləcək.

Məqalə və ya tezisin tərtib olunması qaydaları:

1. Məqalənin, tezisin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı əlavə olaraq ayrıca təqdim edilməlidir.
2. Məqalə və tezis 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
3. Müəllifin adı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.
4. Məqalə formasındakı məruzələrin həcmi 6 səhifədən 10 səhifəyədək ola bilər. Məqalə üçün qoyulan tələblər: Xülasə; Nəticə; Ədəbiyyat siyahısı mətndə istinadla, məsələn: [3], və ya [3;6;8] kimi yazılmalıdır.
5. Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələrin qəbul edilməməsi hüququnu özündə saxlayır.
Beynəlxalq konfrans AMEA-nın əsas binasında, İqtisadiyyat İnstitutunun II mərtəbədəki konfrans zalında keçiriləcək.
Ünvan: H. Cavid küçəsi 31, AMEA-nın əsas binası, AMEA İqtisadiyyat İnstitutu
Tel.: (+99412) 510-37-92(əlavə 1-35) mob: (+99455)352-32-60
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.