az   |   en   |    ru

economics.com.az saytına baxış sayı 200 mini keçdi...

  • Oxunub 112 dəfə

 2015-ci il mayın 6-dan tam yenilənmiş dizaynla fəaliyyətə başlayan AMEA İqtisadiyyat İnstitutunun İnternet saytına – economics.com.az-a daxil olma və baxış sayı 200 mini ötüb.

  Sayt 100-ə yaxın ölkədən (daha çox Rusiya, ABŞ, Böyük Britaniya, Ukrayna, Türkiyə, İran, Almaniya, Avropa Birliyi və s.) oxucular tərəfindən izlənilir. Saytın kollektivinin əsas hədəfi onun informasiya bazasını daim yeniləşdirmək, zənginləşdirmək və oxucu sayını daha da artırmaqdır. AMEA-da bir çoxları hesab edir ki, İqtisadiyyat İnstitutunun İnternet saytı şəffaflıq və cəmiyyətə açıqlıq baxımından akademiyada ən uğurlu elektron resurslardandır.

 Xatırladaq ki, economics.com.az saytı AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə görə, 2016-cı ildə 40 sayt arasında 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutub. economics.com.az AMEA İqtisadiyyat İnstitutunun fəaliyyətinin, aparılan elmi tədqiqatlar haqqında zəruri məlumatların və s. ictimaiyyətə operativ çatdırılmasına görə səmərəli fəaliyyət göstərən saytlar sırasındadır. 2016-cı ildə economics.com.az saytına müraciətlərin sayı 91451, həmin ilin noyabr-dekabr aylarında müraciətlərin sayı hər ay üzrə 10 mindən artıq olub (economics.com.az).