az   |   en   |    ru

İnstitutun elmi işlər üzrə direktor müavini və elmi katibi vəzifələrinə namizədlər irəli sürüldü

  • Oxunub 947 dəfə

 Elmi Şura bu vəzifələrə Allahyar Muradovun və Rəsmiyyə Abdullayevanın namizədliklərini təsdiqləyib

 Martın 15-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında İnstitutun elmi işlər üzrə direktor müavini və elmi katibi vəzifələrinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə edilib. İnstitutun direktoru N.Müzəffərli i.f.d., dos. Allahyar Muradovun İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Rəsmiyyə Abdullayevanın isə İnstitutun elmi katibi vəzifələrinə namizədliklərini irəli sürüb.

 İclasda çıxış edən Elmi Şuranın üzvləri – professorlar Şahbaz Muradov, İsa Alıyev, Rəna Sultanova, Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa və digərləri A.Muradovun və R.Abdullayevanın fəaliyyətini yüksək qiymətləndiriblər, onları bacarıqlı, işgüzar, qeyd olunan vəzifələrə layiqli namizədlər kimi xarakterizə ediblər. Sonra Elmi Şuranın üzvləri onların namizədliklərini açıq səsvermə yolu ilə təsdiqləyiblər (economics.com.az).