az   |   en   |    ru

Professor Akif Musayevin 70 illik yubileyi münasibətilə elmi sessiya keçiriləcək

  • Oxunub 610 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin 70 illik yubileyi münasibətilə elmi sessiya keçiriləcək. Bununla bağlı martın 15-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında qərar qəbul olunub. Qərara əsasən, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək tədbirə hazırlıq üzrə AMEA-nın müxbir üzvü Əli Nuriyev sədr olmaqla təşkilat komitəsi (üzvlər Aqil Əsədov və Tanrıverdi Paşa) yaradılıb.

 Xatırladaq ki, AMEA-nın müxbir üzvü Akif Musayevin 70 illik yubileyi AMEA Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarına əsasən qeyd olunacaq (economics.com.az).