az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün elan olunmuş müsabiqə təxirə salınıb

  • Oxunub 132 dəfə

 İnstitutun direktoru bununla bağlı müvafiq əmr imzalayıb

  Azərbaycan Respublikasında Prezident seçkilərinin aprel ayının 11-də keçiriləcəyini və bu seçkilərdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarının fəal iştirak edəcəyini nəzərə alaraq, İnstitutda elmi vəzifələr tutmaq üçün bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan müsabiqə təxirə salınıb. AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli fevralın 6-da bununla bağlı əmr imzalayıb. Əmrə əsasən müsabiqə 01 may 2018-ci ilə qədər təxirə salınıb (economics.com.az).