az   |   en   |    ru

“İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” kitabı üç dildə nəşr olunub

  • Oxunub 159 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə ekspertlər qrupu tərəfindən hazırlanan “İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” (Azərbaycan, rus və ingilis dillərində) adlı kitab çapdan çıxıb. İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın rəyçiləri i.f.d., dos. Yaşar Məmmədov və i.f.d. Ramil Əliyevdir.

  Kitab iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunmuşdur. AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi – dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında – müqayisəli şəkildə qiymətləndirilmişdir. Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılmışdır. Müəlliflər ümid edirlər ki, tədqiqatın nəzəri tapıntıları və praktik tövsiyyələri iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün maraqlı və faydalı olacaqdır (economics.com.az).