az   |   en   |    ru

Koordinasiya Şurasında dissertasiya işlərinin mövzuları müzakirə olundu

  • Oxunub 125 dəfə

  Dekabrın 25-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən tədbirdə yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 48 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilib. Onlardan 8-nin dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclasda təkrarən baxılacaq (economics.com.az).