az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək

  • Oxunub 352 dəfə

 İnstitutun direktorunun əmri ilə müsabiqə qaydaları təsdiqlənib və müvafiq müsabiqə komissiyası yaradılıb

  AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli İnstitutda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri, elmi katib, i.f.d., dos. Rəsmiyyə Abdullayeva, üzvləri – professor Tərbiz Əliyev və i.f.d. Ramil Əliyevdir.

 Şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və İnstitutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək.

 İlin sonuna kimi verilməsi nəzərdə tutulan pul mükafatları aşağıdakı məbləğdə olacaq:

I. Şöbə hesabatları üzrə:

1-ci yer (bir mukafat) – 1500 manat

2-ci yer (iki mükafat)| - 1000 manat

3-cü yer (uç mükafat) - 500 manat

II.  Fardi hesabatlar üzrə:

1-ci yer (bir mükafat)| - 600 manat

2-ci yer (iki mükafat) - 400 manat

3-cü yer (üç mükafat) - 200 manat. 

Plan elmi-tədqiqat işlərinin müsabiqəsi haqqında əmr və qaydalarla aşağıdakı faylları yükləməklə tanış ola bilərsiniz