az   |   en   |    ru

“Elektron test sistemi” üzrə treninq keçirilib

  • Oxunub 115 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseynə sertifikat verilib

  Bu il aprelin sonu və mayın əvvəllərində AMEA rəhbərliyinin tapşırığı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin “Təhsil” şöbələrinin məsul əməkdaşları üçün “Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib. Bu tədbirdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41 nəfəri imtahanlardan uğurla keçib ki, onların arasında AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri Arzu Hüseyn də var.

 Mayın 18-də İnformasiya Texnologiyaları İnstitutunda treninqləri müvəffəqiyyətlə başa vurmuş istirakçılara sertifikatlarların təqdim olunması məqsədilə tədbir keçirilib. Treninqi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseynə sertifikat təqdim olunub.

 Hazırda təhsil prosesində geniş istifadə olunan test texnologiyaları imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. AMEA Rəyasət Heyətinin “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir. Bu prosesdə AMEA-nın elmi müəssisələrinə İKT-nin tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb. AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı bu institutun mütəxəssisləri tərəfindən hazırlanıb və hazırda elektron test sistemi uğurla tətbiq olunur (economics.com.az).