az   |   en   |    ru

Elmi Şuranın növbəti iclası keçirilib

  • Oxunub 154 dəfə

 Martın 15-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

 Toplantıda İnstitutun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, i.f.d. Mahir Zeynalov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d. Rüfət Efendiyev Elmi Şuranın tərkibinə daxil edildilər.

 İclasda professor N.Müzəffərli AMEA Rəyasət Heyəti Aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin AMEA-nın 40 institut və təşkilatının saytları arasında apardığı monitorinqin nəticələrinə əsasən AMEA İqtisadiyyat İnstitutunun economics.com.az saytının 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutması haqqında məlumat verdi. Qeyd olundu ki, economics.com.az saytı AMEA İqtisadiyyat İnstitutunun fəaliyyətinin, aparılan elmi tədqiqatlar haqqında zəruri məlumatların və s. ictimaiyyətə operativ çatdırılmasına görə AMEA sistemində səmərəli fəaliyyət göstərən saytlar sırasındadır. Elmi Şurada economics.com.az saytının rəhbərliyində baş redaktor, i.f.d. Mahir Zeynalov olmaqla yaradıcı heyətinin fəaliyyəti yüksək qiymətləndirildi.

 Elmi Şurada İnstitutun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d. Mayis Gülalıyevin “Xarici iqtisadi əlaqələr: tənzimləmə ilə liberallığın tarazlığı” adlı monoqrafiyası müzakirələrdən sonra çapa tövsiyə olundu.

 İclasda digər təşkilati və cari məsələlər də müzakirə edildi (economics.com.az).