az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun tərəfdaşlığı ilə Bakı 2-ci Beynəlxalq Elm Konfransı keçirilib

  • Oxunub 162 dəfə

 Bakıda Türkiyənin “Bilim evi” şirkətinin təşkilatçılığı və sponsorluğu ilə Bakı 2-ci Beynəlxalq Elm Konfransı keçirilib. Konfransın əsas tərəfdaşları Johannesburq, İndus, Svabi Universitetləri, Azərbaycan Dillər Universiteti və AMEA İqtisadiyyat İnstitutudur.

  AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradovun spikerliyi ilə keçirilən tədbirdə müxtəlif elm və təhsil müəssisələrini təmsil edən alimlərin, gənc tədqiqatçıların məruzələri dinlənilib. “Bilim evi”in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamal Shayegh və  Receb Tayyib Erdoğan Universitetindən Abdullah Türkmənin də fəal iştirakı ilə baş tutan konfransın işində İran və Türkiyədən də məruzəçilər qatılıblar. Konfransın materialları nəfis şəkildə çap olunub (economics.com.az).