az   |   en   |    ru

Dissertantların elmi tədqiqat işlərinin müzakirəsi keçirilir

  • Oxunub 1199 dəfə

 “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində dissertant Əkbər Hüseynovun dissertasiya işi müzakirə olundu

  AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsi dissertantların elmi tədqiqat işlərinin elmi rəhbərlərin və mütəxəssislərin birgə iştirakı ilə həftəlik müzakirəsini təşkil edir. Yanvarın 23-də şöbənin müdiri, dos. Mayis Güləliyevin sədrliyi ilə ilk belə müzakirə təşkil olundu. AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin rəhbərlik etdiyi, şöbənin elmi işçisi, dissertant Əkbər Hüseynovun “ŞAMA ölkələrində və Azərbaycanda fiskal siyasətin makroiqtisadi təsirlərinin müqayisəli ekonometrik analizi” mövzusunda dissertasiya işi üzrə müzakirələr aparıldı. Ə.Hüseynov tədqiqat işinin məqsədi, vəzifələri və metodologiyası ilə bağlı məlumat verdi. Dissertasiya işinin elmi rəhbəri kimi prof. A.Musayev tədqiqat işinin planı və yerinə yetirilmə alqoritmi ilə bağlı öz təkliflərini bildirdi. Tədqiqat işi ətrafında maraqlı elmi diskussiya aparıldı (economics.com.az).