az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqənin nəticələri açıqlandı

  • Oxunub 386 dəfə

 Elmi Şuranın iclasında qaliblərə diplomlar və pul mükafatları verildi

 AMEA İqtisadiyyat İnstitutunda aparılan plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə İnstitutun direktorunun 13 noyabr 2017-ci il tarixli əmri ilə müsabiqə keçirilib. Dekabrın 19-da İnstitutun Elmi Şurasının, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında müsabiqənin qaliblərinin adları açıqlanıb.

 İclasda müsabiqə barəsində geniş məlumat verən prof. N.Müzəffərli bildirdi ki, müsabiqəyə buraxılmış plan elmi-tədqiqat işləri adları gizli saxlanılan 5 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Direktor həmin ekspertlərə Elmi Şuranın adında öz minnətdarlığını ifadə elədi. Bu qiymətləndirmələr əsasında İnstitutda yaradılmış müvafiq müsabiqə komissiyası (komissiyanın sədri elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva, üzvləri – professor Tərbiz Əliyev və i.f.d. Ramil Əliyevdir) həm şöbə hesabatlarının, həm də fərdi hesabatların hər biri üzrə yekun qiymətlər (ballar) çıxarıb. Yekun nəticələri əsas götürərək direktorun əmri ilə şöbələr və elmi əməkdaşlar arasında qaliblər aşağıdakı qaydada mükafatlandırılıb.

1. 2017-ci il plan elmi-tədqiqat işləri müsabiqəsinin qalibləri elan edilmiş şöbələr:

II YER

- “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsi;
- “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsi.

III YER

- “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsi;
- “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsi;
- “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsi.

Müstəqil ekspertlər tərəfindən ən yüksək qiymətləndirilmiş şöbə hesabatı mümkün maksimal baldan çox aşağı qiymət aldığına görə I yer üçün mükafat verilməyib.

2. İnstitutun fərdi hesabatlar üzrə 2017-ci il plan elmi-tədqiqat işləri müsabiqəsinin qalibləri elan edilmiş əməkdaşları:

I YER

- Yaşar Məmmədov (“Maliyyə, pul-kredit siyasəti” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.)

II YER

- Asif Mustafayev (“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d.);
- Təbriz Yadigarov “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin elmi işçisi).

III YER

- Çingiz Baxış (“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin böyük elmi işçisi);
- İlkin Soltanlı (“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos.);
- Ağakərim Hacıyev (“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin baş elmi işçisi, i.f.d.).

 Tutduqları yerlərə müvafiq olaraq, müsabiqənin qalibi olan şöbələr II və III dərəcəli diplomlarla, əməkdaşlar isə I, II və III dərəcəli diplomlarla mükafatlandırıldılar. Habelə onlara aşağıdakı məbləğdə pul mükafatı ayrılıb:

II yer tutan şöbələrin hər birinə - 1202 AZN;

III yer tutan şöbələrin hər birinə - 962 AZN.

Yaşar Məmmədov – 718 AZN;
Asif Musatafayev və Təbriz Yadigarov – hər birinə 478 AZN;
Çingiz Baxış, İlkin Soltanlı və Ağakərim Hacıyev - hər birinə 236 AZN.

Pul mükafatları əmək haqqı kartlarına köçürüləcək (economics.com.az).

 Plan elmi-tədqiqat işləri müsabiqəsinin nəticələri haqqında direktorun əmri  (Yüklə)