az   |   en   |    ru

Doktorluq imtahanları keçirilib

  • Oxunub 214 dəfə

 Doktorant və dissertantlar test üsulu ilə imtahan veriblər

  Dekabrın 1-də AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktorları, professorlar Akif Musayev, Gülşən Yuzbaşıyeva, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və i.f.d. Arzu Hüseyn daxildirlər.

 AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda 11 nəfər iştirak edib. Kompüter proqramlarının tədbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantların özlərinə bəlli olur. İmtahan prosesində insan amili tamamilə aradan qaldırılıb (economics.com.az).