az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı İtaliyada beynəlxalq konfransda iştirak edib

  • Oxunub 428 dəfə

 İ.f.d. Nəsimi Əhmədov konfransda məruzə ilə çıxış edib

 Sentyabrın 6-7-də AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Nəsimi Əhmədov İtaliyanın Roma şəhərində Avropa Davamlı İnkişaf Mərkəzinin Kanada Texnologiya İnstitutu ilə birgə təşkil etdiyi “Davamlı inkişaf üzrə 5-ci beynəlxalq konfrans”da iştirak edib. N.Əhmədov “Azərbaycan Respublikasının Abşeron və Şəki-Zaqatala iqtisadi regionlarında ekoloji rentanın müqayisəli qiymətləndirilməsi” mövzusunda elmi məruzə ilə çıxış edib və ona konfransın beynəlxalq sertifikatı verilib (economics.com.az).