az   |   en   |    ru

Professor Akif Musayev Yaxın Doğu Universitetinə işə qəbul olunub

  • Oxunub 235 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev Şimali Kipr Türk Cumhuriyətinin Yaxın Doğu Universitetinin iqtisadiyyat yönümlü fakültələrindən birinin professoru vəzivəsinə işə qəbul olunub. 

  Qeyd edək ki, bundan əvvəl prof. A.Musayev Yaxın Doğu Universitetində professor seçimləri üzrə müvafiq komissiyasının da üzvü seçilib. Komissiyaya 3 xarici, 2 yerli ekspert daxildir ki, onlardan biri məhz prof. A.Musayevdir. Habelə bir qədər əvvəl A.Musayev iki doktorantın iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi üzrə təşkil olunmuş Müdafiə Şurasına da xarici ekspert kimi daxil edilmişdi.

 Xatırladaq ki, 27 min tələbəsi olan Yaxın Doğu Universitetində dünyanın bir çox ölkələrindən bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil verilir. Paytaxtdan 10 km aralıda yerləşən universitetin dünya standartlarına uyğun tələbə şəhərçiyi - kampusu, hətta ehtiyacı olan müəllim-professor heyəti üçün müasir yataqxanası, tibbi klinikası var. Burada Azərbaycandan olan tələbələr də təhsil alırlar, azərbaycanlı müəllimlər işləyirlər. Həmyerlimiz, professor Fəxrəddin Sadıqoğlu universitetin vitse-prezidentidir (economics.com.az).