az   |   en   |    ru

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri müzakirə edildi

  • Oxunub 247 dəfə

 Elmi Şurada bu mövzuda professor Tofiq Hüseynovun məruzəsi dinlənildi

 Martın 15-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı əsasında müzakirələr aparıldı.

 İclasda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri və onun həyata keçirilməsi sahəsində AMEA İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələr, konkret tədbirlər, o cümlədən əməkdaşların yol xəritələrindəki vəzifələrin icrasında iştirakı, elmi tədqiqat planlarına zəruri düzəliş, əlavə və dəyişikliklərin edilməsi və s. məsələlər barəsində məlumat verdi.

 Sonra İnstitutun şöbə müdiri, professor Tofiq Hüseynovun strateji yol xəritələri ilə bağlı geniş təhlili məruzəsi dinlənildi. O, strateji yol xəritələrinin hər biri haqqında təhlillər verdi, sənədin məqsədi, qarşıda duran vəzifələr, iqtisadiyyatın inkişafında prioritet sahələr, proqnozlar, gözləntilər, habelə onların həyata keçirilməsində iqtisadçı alimlərin üzərinə düşən vəzifələr və s. barədə çıxış etdi.

 Mövzu ətrafında geniş elmi müzakirələr aparıldıqdan sonra milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası ilə bağlı AMEA İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələrlə bağlı qərar qəbul olundu (economics.com.az).