az   |   en   |    ru

Elmi Seminarda İqtisadiyyat İnstitutunun dissertantlarının dissertasiya işləri müzakirə olundu

  • Oxunub 262 dəfə

 Martın 14-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

  İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Mahmudov Samir Məsud oğlu “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində tibbi sığorta sisteminin rolunun artırılması istiqamətləri” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.f.d., dos. R.Abdullayeva). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Ramiz İsgəndərov və i.f.d. Kamran Abdullayev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı S.Mahmudov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun dissertantı Aşurova Gülnar Alı qızı “Mikroiqtisadiyyatda rəqabətqabiliyyətliliyin artırılmasına innovasiya amilinin təsiri” mövzusunda (“İqtisadi nəzəriyyə” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d., prof. Mustafayev F.F.). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İrşad Kərimli və i.f.d. Elsevər Kərimov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı ciddi irad və təkliflərini bildiriblər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı G.Aşurova suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə rəyçilərin, seminar üzvlərinin ciddi irad və təkliflərinin nəzərə alınması, düzəlişlərin aparılması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).