az   |   en   |    ru

Türkiyədə II Uluslararası Gənclik Araşdırmaları Konqresi keçirilib

  • Oxunub 108 dəfə

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun professoru Rəna Sultanova məruzə ilə çıxış edib

 Oktyabrın 25-29-da Türkiyə Muğla Sıtkı Koçman Universiteti (MSKU) Gənclik Çalışmaları Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Fathiye şəhərində II Uluslararası Gənclik Araşdırmaları Konqresi keçirilib. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova da iştirak edib.

 Prof. R.Sultanova forumda  “Azərbaycanda gənclər siyasəti və onun turizmin inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti, turizmin inkişafında gənclərin rolunun artırılması, yerli icra strukturlarının və bələdiyyələrin bu işdə gənclərə dəstəyinin gücləndirilməsi, turizm sektorunda gənclərin məşğulluğunun təmin olunması və s. kimi aktual məsələlərə toxunub. Məruzə ətrafında maraqlı müzakirələr aparılıb (economics.com.az).