az   |   en   |    ru

Mədət Allahverdiyevin 85 illiyinə həsr edilmiş elmi konfrans

  • Oxunub 677 dəfə

         08 yanvar 2015-ci ildə AMEA İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim Mədət Allahverdiyevin anadan olmasının 85 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Konfransda İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Azərbaycan iqtisad elminin inkişafında müstəsna xidmətləri olan tanınmış alim Mədət Allahverdiyevin həyat və yaradıcılığından danışıb. Bildirib ki, həyatını yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasına həsr edən alim həm də böyük şəxsiyyət idi.

         Tədbirdə AMEA-nın müxbir üzvü Şahbaz Muradov M.Allahverdiyevin Azərbaycan iqtisad elminin bayraqdarı olduğunu vurğulayıb. Qeyd edib ki, 100-dən artıq elmlər doktoru, fəlsəfə doktoru hazırlayan, sanballı elmi əsərlərin müəllifi olan M.Allahverdiyev yaddaşlarda prinsipial, eyni zamanda, alicənab və xeyirxah insan kimi qalıb. Onun tədqiqatlarının əsas mövzusu ölkənin əmək potensialının formalaşmasına həsr olunub. 

        Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə cıxışında M.Allahverdiyevin iqtisad elminin inkişafındakı xidmətlərindən danışıb, onun əsərlərinin əhəmiyyətini qeyd edib, bu əsərlərin çap edilməsinin zəruriliyini vurğulayıb. Konfransda digər çıxış edənlər də M.Allahverdiyevin iqtisadçı mütəxəssislərin yetişməsindəki əvəzsiz xidmətlərindən danışıblar.