az   |   en   |    ru

Azərbaycan Respublikasında əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı normativ hüquqi sənəd layihələrinə dair konfrans

  • Oxunub 736 dəfə

 

 28 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq “Azərbaycan Respublikasında əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı normativ hüquqi sənəd layihələri”nə dair konfrans keçirilmişdir.

 Tədbirdə DSMF sədri Elman Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel, Azərbaycan Respublikası Prezident Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Latviyanın rifah nazirinin müavini İngus Alliks, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey, habelə layihə üzrə xarici ekspertlər çıxış ediblər. Konfransın işində və müzakirələrdə AMEA İqtisadiyyat İnstitutunun alimləri – iqtisad üzrə fəlsəfə doktorları Cəlil Quliyev, Rəsmiyyə Abdullayeva və Rüfət Efendiyev də iştirak ediblər (economics.com.az).