az   |   en   |    ru

“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda vergi forumu keçirilib

  • Oxunub 1179 dəfə

 Forumda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli çıxış edib

 Fevralın 10-da Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı V vergi forumu keçirilib. Forumda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, digər dövlət orqanları, Milli Elmlər Akademiyasının müvafiq strukturları, Dünya Bankı, yerli banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə iş adamları iştirak ediblər.

 Tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov, Dünya Bankının Azərbaycan üzrə ölkə təmsilçisi Larisa Leşçenko, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, habelə Vergilər, İqtisadiyyat, Maliyyə nazirliklərinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ekspertlər, beynəlxalq auditor şirkətlərinin nümayəndələri, sahibkarlar və onların ictimai birliklərinin təmsilçiləri çıxış edərək ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüblər. Forumda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “Dövlətin iqtisadiyyatı tənzimlənməsi səviyyəsinin ölçmə metodologiyası və alınmış nəticələr” adlı məruzə ilə çıxış etmişdir. Məruzə ilə daha yaxından aşağıdakı faylı yükləməklə tanış olmaq mümkündür (economics.com.az).