az   |   en   |    ru

“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirildi

  • Oxunub 161 dəfə

 Prof. Nazim Müzəffərli: “Nəzərdə tutulan islahatlar, əsas etibarilə, liberal yönlüdür”

 Vüsal Qasımlı: “Aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur”

  Dekabrın 5-də AMEA İqtisadiyyat İnstitutu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə “Strateji Yol Xəritəsi: nailiyyətlər və persperktivlər” mövzusunda elmi-praktik konfrans keçirdilər. Konfransı giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli bildirdi ki, Strateji Yol Xəritəsi Azərbaycanın yaxın və uzaq gələcyini müəyyənləşdirən, iqtisadiyyatın konturlarını cızan böyük bir sənəddir. Məhz bu baxımdan bu sənəd həlledici dərəcədə mühümdür. Ona görə də strateji yol xəritələrində nəzərdə tutulan işlərin icrası ilə bağlı müzakirələrin aparılması aktualdır.

 Konfransda məruzəçi kimi çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur. Fiskal siyasətdə yeni fiskal qaydalar, ortamüddətli büdcə xərcləri çərçivəsi və nəticə əsaslı büdcə prinsipinə keçid baş verir. Monetar siyasətdə üzən məzənnə rejiminə keçid və bank sektorundakı islahatlar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, fiskal və monetar siyasətin kombinasiyası qururlur. Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması üzrə islahatların davam etməsi və təşviq layihələrinin həyata keçirilməsi real sektorun canlanmasına istiqamətlənib.

 V.Qasımlı əlavə edib ki, yeni iqtisadi modelin qurulmasında insan kapitalının rolu mühümdür. Buna görə də təhsil və elm sahəsinin inkişafı iqtisadiyyatı həm kadrla təmin edəcək, həm də innovasiya ehtiyacları ödəniləcək. AMEA-da ölkənin elmi potensialı cəmlənib. Cənab Prezidentin rəhbərliyilə aparılan iqtisadi islahatlara ölkənin elmi potensialının böyük töhfə vermək imkanı var. Elmi resursların mobilizasiyası, düzgün istifadəsi, bazar tələblərinə və inkişaf trendlərinə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. İndiyədək görülmüş işlərin nəticəsidir ki, Azərbaycan Dünya Bankının “Doing Business 2018” hesabatında 57-ci yeri tutub. Mərkəzin direktoru vurğulayıb ki, Azərbaycan təhsil ocaqları, o cümlədən ali və orta ixtisas təhsili analoq iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçid zamanı yaranmış çağırışlara cavab verməlidir. Getdikcə əmək bazarında koqnitiv, sistem, kontent yaratma və mürəkkəb problemlərin həlli qabiliyyətinə daha çox ehtiyac yaranacaq. Bunun üçün də elm-təhsil-biznes üçbucağının əməkdaşlığı daha da güclənməlidir.

 Konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Strateji Yol Xəritələrinin hazırlanmasında İqtisadiyyat İnsitututunun da fəal iştirakını xatırladaraq, “Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və Strateji Yol Xəritələrinin əsas vektorları” adlı məruzə ilə çıxış edib. Alim iqtisadi atrım modelləri, ölkə iqtisadiyyatının liberallaşdırılmasının əhəmiyyəti, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi və sosial siyasət məsələlərinə toxunub.  Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlər barədə bildirib ki, bütün dəyişikliklər dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ümumi səviyyəsini azaltmağa yönəlmişdir. Nəzərdə tutulan islahatlar, əsas etibarilə, liberal yönlüdür.

 Prof. Nazim Müzəffərli AMEA İqtisadiyyat İnstitutunda aparılan tədqiqatların nəticələrinə əsasən hesab edir ki, «sosialyonlülük» bəhanəsi ilə liberal islahatlardan çəkinmək yanlişdır. Azərbaycan iqtisadiyyatının liberallaşma potensialı yüksəkdir. Liberal islahatlar iqtisadi artımın sürətləndirilməsi və ictimai rifahın yüksəldilməsi üçün kafi şərt olmasa da, zəruri şərtdir!

 Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İqtisadiyyat İnstitutunun alimlərinin suallarını cavablandırdı. Mövzu üzrə geniş va maraqlı müzakirələr aparıldı, belə tədbirlərin ölkəmiz üçün faydalı olduğu xüsusilə qeyd edildi (economics.com.az).

Professor Nazim Müzəffərlinin məruzəsi ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz

Konfrans barəsində geniş materillar vermiş, tədbiri işıqlandırmış kütləvi informasiya vasitələrinin linkləri 

İctimai Televiziyada İqtisadi islahatlarla bağlı konfrans keçirilib (yüklə)

AMEA-nın rəsmi internet saytında “Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

AZƏRTAC-da: Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının konturlarını cızan böyük bir sənəddir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi: “Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

APA İnformasiya Agentliyində: "Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib