az   |   en   |    ru

“Bizim istədiyimiz əmək sferasının gələcəyi” adlı regional konfrans

  • Oxunub 307 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun iki əməkdaşı konfransda çıxış ediblər

 Sentyabrın 12-13-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə Avropa və Mərkəzi Asiya ölkələri üçün “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda iki günlük regional konfransı keçirilib. Məqsəd, Avropa və Mərkəzi Asiya regionunun xüsusiyyətlərinə əsaslanaraq işçilərin hüquqlarının təmin olunması üçün sosial tərəfdaşların fikirlərini müzakirə etmək, "Əmək sferasının gələcəyi" təşəbbüsünə töhfə verməkdir. 

 Konfransda “Əmək və cəmiyyət” adlı 1-ci dialoq çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Rüfət Efendiyev “Gender stereotipləri və onların əmək fəaliyyətinə təsiri” mövzusunda çıxış edib.

 Habelə tədbirdə “Hər kəs üçün layiqli iş yerləri” adlı 2-ci dialoq çərçivəsində AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Cəlil Quliyev “Gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının artırılması əmək bazarının tənzimlənməsinin əsas şərtidir” mövzusunda məruzə edib (economics.com.az).