az   |   en   |    ru

2 Fevral - Gənclər Günü qeyd olunub

  • Oxunub 357 dəfə

 Fevralın 2-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş toplantısı keçirilib.

 Tədbiri giriş sözü ilə açan Şuranın sədri, i.f.d. Ramil Əliyev Gənclər Gününün yaranma tarixi, dövlətin gənclər siyasəti, ölkəmizin və cəmiyyətin müasir həyatında gənclərin rolu barədə danışdı.

 Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Bu siyasət gənclərin sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyətdə fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına, daha səylə çalışmasına, müasir Azərbaycanın inkişafına öz töhfələrini verməsinə geniş imkanlar yaradır (economics.com.az).