az   |   en   |    ru

Gənc Alimlər Şurasının toplantısı keçirilib

  • Oxunub 262 dəfə

 Oktyabrın 17-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının toplantısı keçirilib. Şuranın sədri, i.f.d. Ramil Əliyev məlumat verib ki, Şuranın üzvü Ceyhun Hüseynov i.e.d.  Fuad Qənbərovun rəhbərliyi altında gənclər tərəfindən yerinə yetirilən “Devalvasiya şəraitində  milli valyutanın (manatın) makroiqtisadi sabitliyə təsiri” layihəsi çərcivəsində oktyabrın 9-dan 14-nə kimi Türkiyənin Mərkəzi Bankında ezamiyyətdə olub. C.Hüseynov öz səfər təəssüratlarını Şura üzvləri ilə bölüşüb.

  İclasda İsgəndər Babazadə, Aidə İbrahimova və Fəxrəddin Babazadə Şuraya yeni üzv qəbul olunublar. Habelə işdən çıxdıqları üçün Murad Hacıyev və Yaşar Bayramzadə Şuranın üzvlüyündən azad ediliblər. Toplantıda  Gənc Alimlər Şurası üzvlərinin digər layihələrdə iştirak etmələri, İnstitutun içtimai və elmi işlərində fəallıq göstərməsi məsələləri də geniş müzakirə olunub (economics.com.az).