az   |   en   |    ru

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda məqalə müsabiqəsi keçiriləcək

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin keçirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən məqalə müsabiqəsi (bundan sonra “Müsabiqə”) dövlətin turizm siyasəti sahəsində gördüyü işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına mütəxəssislərin cəlb olunması, elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, habelə “Beynəlxalq davamlı turizm ili”nin elan olunmasına diqqətin artırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunur.  

1.2. Müsabiqədə  aşağıdakı  istiqamətlərdə təqdim edilmiş məqalələrə üstünlük verilir:

-hərtərəfli və dayanıqlı iqtisadi inkişaf;

-sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması;

-təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi;

-mədəni dəyərlər, müxtəliflik və irs;

-qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu.

1.3.  Müsabiqənin  keçirilməsi  üçün  Azərbaycan  Turizm və Menecment Universiteti tərəfindən  Təşkilat  komitəsi (sədr, sədr müavini və üzvlər) yaradılır.

2. Müsabiqə iştirakçıları və keçirildiyi vaxt

2.1.  Müsabiqədə hüquqi-təşkilati  formasından  asılı  olmayaraq,  respublikada fəaliyyət  göstərən  ali  təhsil müəssisələrində  təhsil  alan  magistrlər,  dissertantlar,  doktorantlar, tədqiqatçılar,  o  cümlədən  müxtəlif  elmi  dərəcəsi  və elmi  adları  olan  şəxslər,  əcnəbi mütəxəssislər və müstəqil ekspertlər iştirak edə bilər.

2.2. Müsabiqə iştirakçıları Azərbaycan, rus və ya ingilis dilində olan yalnız bir məqalə təqdim edə bilər.

2.3.  Müsabiqə  iştirakçıları  əlavədə  göstərilən  forma  üzrə  anketi  doldurub  məqaləyə   əlavə etməlidirlər.

2.4. Müsabiqəyə təqdim edilmiş məqalələr Təşkilat komitəsinin müəyyən etdiyi Qiymətləndirmə Heyəti  tərəfindən seçilir.

2.5. Məqalələr 7 sentyabr 2017-ci il tarixinədək iştirakçılar tərəfindən şəxsən təqdim olunmalıdır.

Müsabiqə nəticələri və seçilmiş məqalələrin dinlənilməsi üçün konfransın keçirilmə tarixi- “Turizm işçiləri günü” - 27 sentyabr 2017-ci ildir.

3. Təqdim olunan məqalələrin tərtib olunma qaydaları

3.1.  Müsabiqəyə təqdim edilən məqalədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Təqdim edilmiş işlərin seçimində 1.2. bəndindəki istiqamətlərlə yanaşı, həmçinin yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan məqalələrə üstünlük verilir.

3.2. Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan, rus və ya ingilis dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;

- Mətn Microsoft Word for Windows redaktorunda Arial şrifti ilə (hərflərin ölçüsü  12, interval   1,5) yığılır, A4 formatlı standart (210 x 297 mm) ağ kağızda çap olunur;

- Məqalələrin ingilis dilində xülasəsi (abstract) və açar sözləri olmalıdır;

- Mətnin kənar boşluqları 2,5 sm, alt və üst boşluqları 1,5 sm olmalıdır;

- Məqalənin mətni 5 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində sağdan iştirakçının soyadı, adı və atasının adı, onun aşağısında məqalə müəllifinin təmsil etdiyi müəssisənin (ali təhsil, elmi tədqiqat  və s., müəssisələrin) adı, onun aşağısında, məqalənin adı yazılır.

Məqalədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.

• İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

• İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məs. 2, səh.222).

3.3. Qeyd olunan tələblərə uyğun gəlməyən işlər Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məqalə  və əlavə olunan sənədlər geri qaytarılmır.

4. Məqalələrin dinlənilməsinə həsr edilmiş Konfransın gedişatı

4.1. Konfransın işi plenar iclas və bölmələr üzrə aparılır. Bölmələrə Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təsdiq edilmiş sədr və həmsədrlər rəhbərlik edirlər.

4.2. Tədqiqatçılar öz məqalələrini müvafiq bölmələrdə məruzə ilə (və ya təqdimat formasında) çıxış edərək təqdim edirlər. Məruzəyə bir qayda olaraq, 5-7 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəllifə sualları cavablandırmaq imkanı verilir.

4.3. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.

4.4. Konfransda çıxış edən tədqiqatçıların məqalələr üzrə məruzələri sədr və həmsədrlər tərəfindən qiymətləndirilərək “nəşrə tövsiyə edilir” və ya “nəşrə tövsiyə edilmir” qərarı qəbul edilir və protokollaşdırılır. Protokol Təşkilat komitəsinə təqdim olunur.

5. Konfransın yekunu

5.1. Respublika elmi-praktiki Konfransı plenar iclasla yekunlaşır. Bu iclasda konfransın bölmələrinin işi və təklifləri müzakirə edilir, konfransın qətnaməsi qəbul olunur.

5.2. Konfransın materialları toplu halında Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən çap olunur və məqaləsi nəşr edilmiş müəlliflərə, habelə kitabxanalara ödənişsiz təqdim olunur.  

5.3 Tədqiqat işinin aktuallığı, yeniliyi və alınmış nəticəni auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən iştirakçı bölmə rəhbərlərinin və Təşkilat komitəsinin qərarlarına əsasən mükafatlandırıla bilər.

6. Əlaqə məlumatları

AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 822/23

Azərbaycan Turizm və Menecment Universiteti

Tel: (+994 12) 564 42 33 (daxili 126); 

Fax: (+994 12) 564 42 34, 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. , Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

Website: www.atmu.edu.az

Əlaqələndirici şəxs: Qahirə Məmmədova

 

MÜSABİQƏ İŞTİRAKÇISININ ANKET FORMASI

(müəllif tərəfindən doldurulur)

Müəllifin adı, soyadı, atasının adı 

 

Məqalənin adı 

 

Müsabiqədəki istiqamətin adı

 

İşlədiyi yer 

 

Vəzifəsi 

 

Elmi dərəcəsi 

 

Ünvanı və poçt indeksi 

 

-iş telefonu 

 

-ev telefonu 

 

-mobil telefonu 

 

-elektron poçt ünvanı 

 

 

Şəxsin imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________2017-cı il

 

Digər ELANLARa keçid (yüklə)