az   |   en   |    ru

“Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda konfransın materialları ilə İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq olar

 Digər elanlara keçid (yüklə)

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin yaranmasının 20 illiyi ilə əlaqədar 20 oktyabr 2017-ci il tarixdə “Əmək, məşğulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans materiallarında “Müasirdövrdə sosial-iqtisadi inkişafın aktual məsələləri”, “Əmək bazarı, məşğulluq‘və əməkmünasibətləri”, “Həyat səviyyəsi və sosial müdafiə”, “Demoqrafiya və əhalisakinliyi” və “Sosial müdafiə sistemində informasiya texnologiyalarının tətbiqi”bölmələri üzrə respublikamızın və xarici ölkələrin ali təhsil müəssisələrininəməkdaşlarının, nazirliyin strukturunda çalışan mütəxəssislərin, AMEA-nın müvafiqinstitutlarınında çalışan elmi işçilərin, elmi-tədqiqat müəssislərinin əməkdaşlarının, Mərkəzin mütəxəssislərinin, doktorant və dissertantların tezisləri nəşr edilmişdir. Maraqlananlar həmin materiallarla AMEA İqtisadiyyat İnstitutunun kitabxanasında tanış ola bilər.