az   |   en   |    ru

Dissertasiya Şurasında dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçiriləcək

 Yanvarın 30-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında Zaur Rauf oğlu Əsədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş “Azərbaycan Respublikasının regionlarında lizinq xidmətinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçiriləcək. Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda yerinə yetirilib. Avtoreferatla aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz. 

“Azərbaycan Respublikasının regionlarında lizinq xidmətinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri”

 

Şəhidlər Xiyabanına ziyarət təşkil olunacaq

20 yanvar 2018-ci il tarixində saat 13:30-da matəm günü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət təşkil olunacaq. Xahiş edirik, ziyarətçilər 20 nömrəli məktəbin yanında toplaşsınlar.

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Elanın tam mətni ilə aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz. 

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

"Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda konfransın materialları

 AMEA İqtisadiyyat İnstitutunun və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfransın materiallarında dərc olunan məqalə və ya tezisləri aşağıdakı müvafiq fayllardan yükləmək olar.

Mündəricat (yüklə)

I bölmə (yüklə)

II bölmə (yüklə)

III bölmə (yüklə)

“Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

 AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə 12 oktyabr 2017-ci il tarixində AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.