az   |   en   |    ru

İnstitutumuzun əməkdaşı Dövlət İqtisad Universitetində doktorluq dissertasiya işini müdafiə edib

  • Oxunub 612 dəfə

 Noyabrın 2-də AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçi, i.f.d. Hüseynov Əli Öməroviç Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasında iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “XX əsrin ikinci yarısında SSRİ və MDB iqtisadiyyatlarında inflyasiya prosesləri: konsepsiyalar və tənzimləmə yolları” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir (5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə). Dissertasiya işi Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında yerinə yetirilb.

 Doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdiyi üçün İqtisadiyyat İnstitutunun kollektivi adından Əli Hüseynovu ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq (economics.com.az).

Avtoreferat Hüseynov Əli Öməroviç “XX əsrin ikinci yarısında SSRİ və MDB iqtisadiyyatlarında inflyasiya prosesləri: konsepsiyalar və tənzimləmə yolları” (yüklə)