az   |   en   |    ru

“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsi hesabat verdi

  • Oxunub 274 dəfə

07.12.2016.
 Dekabrın 7-də AMEA İqtisadiyyat İnstitutunda şöbələrin yerinə yetirdikləri elmi tədqiqatlar üzrə illik hesabatları ilə bağlı sonuncu iclas keçirildi.

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantılarda elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 İclasda “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin əməkdaşlarının professor Şahbaz Muradovun rəhbərliyi ilə “Azərbaycan respublikasında demoqrafik inkişaf, insan potensialının formalaşması və istifadəsinin sosial iqtisadi problemləri (2014-2016)” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabatı dinlənildi. Ayrı-ayrı mövzular geniş müzakirə edildi, nəticə və təkliflərin bir qədər də təkmilləşdirilməsi, tədqiqatların növbəti illərdə də dərinləşdirilməsi qərara alındı (economics.com.az).