az   |   en   |    ru

Şöbələrin elmi tədqiqat mövzuları üzrə hesabatları geniş müzakirə edilir

  • Oxunub 211 dəfə

05.12.2016.
 Dekabrın 5-də AMEA İqtisadiyyat İnstitutunda şöbələrin yerinə yetirdikləri elmi tədqiqatlar üzrə illik hesabatları ilə bağlı növbəti iclas keçirildi.

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantılarda elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 İlk iclasda “İnnovasiya menecmenti və elmin inkişafı problemləri" şöbəsinin əməkdaşlarının i.f.d. A.Muradovun rəhbərliyi ilə “Azərbərbaycanda milli innovasiya sisteminin formalaşması ilə bağlı tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabatı dinlənildi. Ayrı-ayrı mövzular üzrə konkret müzakirələrdən sonra şöbənin tədqiqatlarının, nəticə və təkliflərin təkmilləşdirilərək qısa müddətdə təqdim olunması qərara alındı.

 İkinci iclasda “Maliyə və pul-kredit” şöbəsinin “Azərbaycan iqtisadiyyatında maliyyə-vergi, pul-kredit mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardığı tədqiqatlar üzrə hesabat dinlənildi. Şöbə müdiri Tanrıverdi Paşa əsas məruzə ilə çıxış etdikdən sonra əməkdaşlar da tədqiqatları barədə danışdılar. Müzakirələrdən sonra şöbənin tədqiqatlarının təkmillləşdirilməsi üzrə konkret tövsiyyələr verildi (economics.com.az).