az   |   en   |    ru

“Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin hesabatı

  • Oxunub 357 dəfə

 Noyabrın 21-də İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə keçirilən növbəti iclasda “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda elmi işlər üzrə direktor müavini Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 Şöbə müdiri, i.e.d., professor Tofiq Hüseynov məlumat verdi ki, bu il şöbə tərəfindən “Qeyri-neft sənaye sahələrinin uzun müddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial-iqtisadi səmərəliliyi” mövzusunda tədqiqatlar aparılıb. “Qeyri-neft sənaye sektorunun inkişaf səviyyəsi” mövzusunda tədqiqat işi yerinə yetirən prof. T.Hüseynov təhlil və qiymətləndirmələr, əsas elmi nəticələr barədə danışdı.

 Daha sonra şöbənin işçiləri - böyük elmi işçi, i.e.n. Ş.Sadıqov “Qeyri-neft sənaye sektorunda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətləri”, elmi işçi E.Uzun “Qida məhsulları, içki və tütün məmulatları istehsalının uzunmüddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial iqtisadi səmərəliliyi”, elmi işçi E.İsmayılov “Maşın, avadanlıq və avtomobil istehsalının uzunmüddətli inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial-iqtisadi səmərəliliyi”, böyük elmi işçi S.Səlimov “Elektrik avadanlıqları, kompyuter və digər elektron avadanlıqlar istehsalının uzunmüddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial-iqtisadi səmərəliliyi”, elmi işçi B.Danyalova “Toxuculuq, tikiş və dəri məmulatları istehsalının uzunmüddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial-iqtisadi səmərəliliyi”, elmi işçi M.Namazov “Metallurgiya sənayesinin uzunmüddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial iqtisadi səmərəliliyi”, elmi işçi S.Şirinov “Müasir dövrdə investisiyalardan istifadənin prioritet istiqamətləri” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər. Mövzular ətrafında geniş müzakirələr aparıldı (economics.com.az).