az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun 2017-ci ildə elmi-təşkilati fəaliyyəti haqqında hesabatı

  • Oxunub 32 dəfə

 Noyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov 2017-ci ilin elmi-tədqiqat işlərinin yekunları haqqında geniş təqdimatla çıxış etdi.

  A.Muradovun İnstitutun elmi-təşkilati fəaliyyəti haqqında hesabatında bu il ərzində Azərbaycan Prezidentinin fərman və sərəncamlarının icrası, elmi-tədqiqat planlarının yerinə yetirilməsi vəziyyəti, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər və qrantlar, elmi-tədqiqat proqramlarının icra vəziyyəti, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər, beynəlxalq əlaqələr, elektron elmin vəziyyəti (saytın fəaliyyəti), nəşriyyat fəaliyyəti, elmi kadrların hazırlanması, İnstitutun kadr potensialı, maddi-texniki təchizat və və sosial fəaliyyət, Həmkarlar Təşkilatının fəaliyyəti, təltiflər və mükafatlar kimi məsələlər öz əksini tapıb.

 Məruzəçi bildirdi ki, İnstitutda “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” (2017-2018-ci illər) mövzusunda tədqiqatlar aparılır. Tədqiqatlar əsasında artıq müəyyən ilkin nəticələr əldə olunub.  Belə ki, neft gəlirlərindən səmərəli istifadə olunmasında və iqtisadi mənafelərin təmin edilməsində,  daxili özəl investisiyaların və innovasiya fəallığının gücləndirilməsində, korporativ idarəetmə, makroiqtisadi stabilləşmənin davamlılığı ilə bağlı təşviqedici mexanizmin olmaması postneft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsinə maneə yaratdığı  müəyyən edilib. Habelə Azərbaycanda liberal islahatların (fiskal tənzimləmə, lisenziyalaşma, xarici ticarət və qiymət tənzimlənməsi istiqamətində) davam etdirilməsi üçün potensial imkanların olduğu müəyyənləşib.  Azərbaycan iqtisadiyyatının maliyyə dayanıqlığını, bank-pul sisteminin böhrana davamlığını yüksəltmək üçün monetar alətlərdən və valyuta mexanizmlərdən səmərəli istifadə edilmədiyi, banklarla real sektorun əlaqələrinin zəif olduğu, devalvasiya qarşısında qoyulan məqsədlərlə tam reallaşmadığı müəyyən edilib.  Devalvasiyadan sonra əldə edilən ilkin nəticəyə görə, postneft iqtisadiyyatının birinci ilində kənd əhalisinin həyat səviyyəsi kifayət qədər yaxşılaşsa da, şəhər əhalisinin həyat səviyyəsinin yaxşılaşmasında baş verən dəyişikliklər ləng davam etmişdir.

 Digər nəticələrə görə, regionlar arasında fərqin olması ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyi müəyyən edilmiş, bunun əsas səbəbi kimi dövlət tənzimlənməsinin regional ölçüdə aparılmasının lazımi səviyyədə olmaması göstərilmişdir. Aqrar sferada tətbiq edilən stimullaşdırma mexanizminin iqtisadi və sosial səmərəliliyinin aşağı olduğu müəyyən edirlişdir.  Ərzaq probleminin əsaslı həllinin təkcə mülkiyyət formasının dəyişməsindən deyil, həmçinin elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqindən də həlledici dərəcədə asılı olması əsaslandırılmışdır (economics.com.az).

 Hesabatla daha yaxından aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz