az   |   en   |    ru

İnstitutumuzun əməkdaşı, i.f.d., dos. İlkin Soltanlının “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoriyası” seriyasında məqaləsi dərc olunub

  • Oxunub 205 dəfə

  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İdarə Heyəti – Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği istiqamətində ölkəmizin çoxsaylı alim, tədqiqatçı və mütəxəssislərinin müxtəlif məkanlarda səslənmiş mühazirələrini toplu şəklində dərc etdirməklə, bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və Bilik Evlərinin əməkdaşlarına, bütövlükdə hər bir kəsə yardımçı olmaq qərarına gəlmişdir.

 Bu məqsədlə, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoriyası” seriyasının ilk buraxılışı “Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” adlı mühazirələr toplusu  şəklində çap edilmişdir. AMEA-nın həqiqi üzvləri Nizami Cəfərov və Möhsün Nağısoylu, müxbir üzvlər Misir Mərdanov və Musa Qasımlı,  professorlar İradə Hüseynova, Rasim Nəbiyev, İsaxan Vəliyev, həmçinin Ukrayna alimləri və digərlərinin mühazirə mətnlərinin çap edildiyi bu topluda institutumuzun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı da iştirak edib. Onun “Aqrar sahənin inkişafında Heydər Əliyev mərhələsi” adlı yazısı həmin toplunun birinci sayında dərc olunub  (economics.com.az).