az   |   en   |    ru

“İnnovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün kompozit indikator sisteminin işlənilməsi”

  • Oxunub 88 dəfə

 Professor Akif Musyaevin “Thomson Reuters Scientific” beynəlxalq bazasında indeksləşən konfrans materillarında məqaləsi çap olunub

  AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin  (Ə.Əliyev və  R.Şahverdiyeva ilə birlikdə) “İnnovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün kompozit indikator sisteminin işlənilməsi” (“Development of composite indicators system for the comparative assessment of the activity of innovative technoparks”) adlı məqaləsi Moskvada (Rusiya)  keçirilən IEEE-nin XI beynəlxalq konfransın (The 11th IEEE International Conference Application of Information and Communication Technologies – AICT 2017) materiallarında çap olunub.

 Məqalə innovativ struktur kimi texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsinə həsr edilib. Bu aspektdə kompozit indikatorlar sisteminin işlənilməsinin elmi-metodoloji əsasları tədqiq edilmişdir. Kompozit indikatorlar sisteminin yaradılması mərhələləri, onlara qoyulan tələblər və onların ümumiləşdirilmiş tərkibi və məzmunu göstərilmişdir. Texnoparkların fəaliyyətini xarakterizə edən əsas indekslər qrupu müəyyənləşdirilmişdir. Texnoparkların əsas və subindekslərinin asılı olduğu indikator və göstəricilərin müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələləri təklif olunmuşdur.

 Qeyd edək ki,  AICT 2017 konfransının materialları “Thomson Reuters Scientific”, “Google Scholar”, “Association for Computing Machinery”, “The Institution of Engineering and Technology”, “American Mathematical Society”, “National Library of Medicine”, “Optical Society of America”, “Scitopia.org” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşir.

Materiallarla aşağıdakı linki yükləməklə tanış olmaq olar:

http://www.aict.info/2017/info/AICT2017-Conference-Program.pdf