az   |   en   |    ru

“Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” adlı monoqrafiya çap olunub

  • Oxunub 149 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d., dos. Mayis Gülalıyevin “Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə ilberallığın tarazlığı” adlı monoqrafiyası çap olunub («Elm və Bilik», 2018, 363 səh.). AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru i.e.d., prof. Nazim Müzəffərli (İmanov),  rəyçiləri i.e.d., prof. Tərbiz Əliyev və i.e.d., dos. Fuad Qənbərovdur.

  Monoqrafiya xarici iqtisadi əlaqələrin dörd əsas komponentinin - xarici ticarət, beynəlxalq maliyyə axınları, miqrasiya və beynəlxalq xidmət ticarətinin liberallılğı ilə dövlət tənzimləməsi arasındakı tarazlığın mahiyyətinə, ölçülməsinə və Azərbaycan ücün alınmış bəzi nəticələrinə həsr edilib. Qloballaşma və onun iqtisadi aspektlərinə, dövlətin iqtisadiyyata modelyaradıcı  müdaxilə formalarına və onların ölçülməsinə yeni konsep­tual yanaşma təklif olunub.

 Monoqrafiya iqtisadi qloballaşma və xarici iqtisadi əlaqələrin liberallaşması, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi problemləri ilə maraqlananlar üçün faydalı ola bilər (economics.com.az).