az   |   en   |    ru

“Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərslik çap edilib

  • Oxunub 89 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin  və Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasovun həmmüəlifliyi ilə “Qeyri-neft sənayesinin iqtisadiyyatı” adlı dərs vəsaiti çap olunub (Bakı, “Elm və Təhsil”, 2017, 267 səh.).  Bu, Azərbaycanda qeyri-neft sənayesi iqtisadiyyatına həsr edilmiş ilk monoqrafik məzmunlu dərslikdir.

    Kitabın elmi redaktoru i.e.d., prof. İslam İbrahimov, rəyçiləri i.e.d., prof. Bəyalı Ataşov və i.e.d., prof. Vahid Abbasovdur. 

 Kitabda qeyri-neft sənayesinin xarakterik xüsusiyyətləri, strukturu, formalaşmasının əsas prinsipləri, milli iqtisadiyyatda onun rolu və əhəmiyyəti göstərilmiş , qeyri-neft sənaye sahələrinin təkamül yolu ilə inkişafı mövcud sosial-iqtisadi durumu, ixrac potensialı çoxillik statistik məlumatlar əsasında kompleks şəkildə təhlil edilib qiymətləndirilmiş, müxtəlif ehtiyat imkanları aşkara çıxarılmış və onların səmərəli istifadə yolları, eləcə də sahələrin strateji inkişafının başlıca istiqamətləri göstərilmişdir.

 Dərslikdə eyni zamanda aqrar sənaye kompleksinin formalaşması və inkişafı, rabitə və informasiya texnologiyalarının, tikinti sənayesinin inkişafı məntiqi ardıcıllıqla verilmiş, qeyri-neft sənayesində sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı istiqamətləri açıqlanmış, sahibkarlığın dövlət tənzimlənməsi və sahələrin proqramlar əsasında inkişafının üstünlükləri və sosial-iqtisadi nəticələri verilmişdir.

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən buraxılmış dərslik ali məktəblərin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, doktorantlar, fənni tədris edən müəllimlər, ixtisasartırma kurslarının dinləyiciləri üçün nəzərdə tutulmuşdur (economics.com.az).

Kitabın elektron variantı aşağıdakı linkdə verilmişdir

“Qeyri-neft sənayesinin iqtisadiyyatı”  (yüklə)