az   |   en   |    ru

“Azərbaycanın neft sektoru – 2017” bülleteni çap olunub

  • Oxunub 120 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. Bu günlərdə İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədovun müəllifliyi ilə  “Azərbaycanın neft sektoru – 2017” adlı növbəti bülleten nəfis şəkildə çap olunub (“Elm və Bilik” nəşriyyatı, Bakı 2018). Nəşrin elmi redaktoru və buraxılışa məsul i.f.d. Məzəddin Əyyubovdur.

 “Azərbaycanın neft sektoru – 2017” bülletenində ölkə iqtisadiyyatının neft sektorunun 2010-2016-cı illərdəki fəaliyyətinin qeyri-neft sektoru ilə, həmçinin neft sektorunun neft-qaz hasilatı və neft emalı sahələrinin fəaliyyətlərinin müqayisəli tədqiqatları aparılmış, neft sektoru və onun sahələrinin fəaliyyətlərinin inkişaf xüsusiyyətləri qiymətləndirilmişdir. Bülleten Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) statistik məlumatları əsasında hazırlanmışdır (economics.com.az).

 “Azərbaycanın neft sektoru – 2017” (yüklə)