az   |   en   |    ru

“Tibbi coğrafiya və müasir ekologiyanın əsasları”

  • Oxunub 105 dəfə

 İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Dağıstan Yusifovun kitabı çapdan çıxıb

  AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Dağıstan Yusifovun “Tibbi coğrafiya və müasir ekologiyanın əsasları” dərs vəsaiti çapdan çıxıb (Bakı, “Avropa” nəşriyyatı, 2017, 320 səh.). Kitab AMEA  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktoru BDU-nun “Genetika və təkamül təlimi kafedrası”nın professoru M.S.Babayevdir.

 Dərslik tibbi coğrafiya, biologiya, ekologiya fakültələri üçün ətraf mühitin ekoloji gərginliyin aradan qaldırılması yolları, ətraf mühitin antopogen çirkləndirilməsi və texnogen mühitin birgə inkişafının ənənələri, təbii və müasir ekologiyanın əsasları və strukturu, davamlı inkişaf konsepsiyası, regionlarda ekoloji şərait, dağ-mədən sənayesində torpaq və su ehtiyatlarının mühafizə tədbirlərinin gücləndirilməsi, müasir ekologiyanın qlobal problemləri və onların həlli yolları, təbii ehtiyatlardan səmərəli istifadəsi, rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafı və biosferin qorunmasına dair xüsusi məsələləri əhatə edir (economics.com.az).