az   |   en   |    ru

Qaydalar

  • Oxunub 2292 dəfə

  AMEA İQTİSADİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏR” TOPLUSUNDA MƏQALƏLƏRİN DƏRC EDİLMƏSİ QAYDALARI 

  1. 1.       Jurnalın dili

 Azərbaycan, türk, ingilis və rus. 

  1. 2.       Məqalələr jurnalın profilinə uyğun olmalıdır.
  2. 3.       Məqalənin adı, müəllif(lər)i, müəllif(lər)in elmi dərəcəsi, vəzifələri ad və soyadları, çalışdıqları qurum və elektron poçt (e-poçt) ünvanları, iş və mobil telefon nömrələri göstərilməlidir.
  3. 4.       Məqalədə UOT indeksi və JEL verilirməlidir.
  4. 5.       Məqalədə əlavələr, şəkil və cədvəllər daxil olmaqla 6 səhifədən az olmamalıdır. (8 səhifəyə gədər)
  5. 6.       Məqalədə xülasə ayrı-ayrılıqda, eyni məzmunda həcmi 200 sözdən çox olmamaqla yazılmalı və məqalənin mahiyyətini ifadə etməlidir. Verilən xülasələrdə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi, məqalənin adı  başlığında göstərilməlidir.

 Məqalə dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıl olaraq, müəllif(lər)in adı və soyadı, elmi dərəcəsi, vəzifələri, əsas istiqaməti, problemi və  mövzu göstərilməlidir, xülasə, açar sözlər, giriş, əsas mətin bölünməlidir başlıqlara, nəticə, ədəbiyyat siyahısı və xarici dillərdə xülasələr və açar sözlər (аннотация, ключевые слова, abstract, key words) strukturunda tərtib edilməlidir. 

Burada tədqiqatin məqsədi, tədqiqatin metodologiyasi, tədqiqatin nəticələri, açar sözlər.

Rus dilində - цель исследования, методология исследования, резултаты исследования, ключевые слова.

Ingilis dilində - Purpose, Design/methodology/ approach, Findings (Results), Key words öz əksini tapmalıdır. 

  1. 7.        Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və. s. aydın şəkildə qeyd olunmalıdır.
  2. 8.       Məqalə 1 intervalla, TİMES NEW ROMAN 12 şriftlə, kənarlarından (soldan 30mm, sağdan 20mm, yuxarıdan 20 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
  3. 9.       Əsas mətn. Abzaslarda sətirbaşları probel və tabulasiyalarla deyil yalnız Word-ün abzas altproqramı ilə yerinə yetirilməlidir. Vacib olan məna ifadələrini rəngli deyil (verstkada itdiyi üçün), yarımqara və kursiv şrifti ilə etmək lazımdır. Freyma (mətn ilə çərçivə) etməyin, çünki freymaları pozduqdan sonra orada yerləşən mətn məqalənin başqa bir hissəsinə düşə bilər.
  4. 10.  Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siya­hısı ya əlifba ardıcıllığı ilə ya da istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nöm­rə­lən­məli və məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə gös­tə­ril­mə­lidir.
  5. 11.  Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Istinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
  6. 12.  Məqalələr orijinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq jurnal­lara və kon­franslara təqdim edilməməlidirlər.
  7. 13.  Təqdim olunan məqalənin dərc olunmasından imtina edildiyi halda dövri elmi nəşrin redaksiyası yazılı şəkildə müəllifə əsaslandırılmış imtina cavabı göndəriləcəkdir.
  8. 14.  Qrafik və  illüstrativ materiallar. Qrafik və diaqramların qurulması üçünExcel-dən istifadə etmək lazımdır (şəkil ilə bağlı bütün əsas ədədi məlumatlar faylın özündə saxlanılmalıdır). Əgər qrafiklər xüsusi proqramlarda işlənibsə, o halda onları vektor formatında (*.pdf, *.eps,*.ai,*.cdr) yaddaşda saxlayın.
  9. 15.  Məqaləni Forma №1 ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərmək olar.
  10. 16.  “Elmi əsərlər” Toplusu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı daxilindədir və iki ayda bir dəfə dərc olunacaq. Bütün tələblərə cavab verən məqalələr 2 aydan gec olmayaraq dərc ediləcək.

  Əlaqə telefonu: 

Şəhər nömrələri:

510-37-92;

539-31-12;

537-22-78;

537-22-59;

539-30-21;

 

 

Daxili telefon: 147

AMEA İqtisadiyyat İnstitutu 3-cü mərtəbə, otaq № 350

Məsul katib:    Məmmədova Gülnarə

 

 

                                                                 Forma 1

AMEA-nın İqtisadiyyat İnstitutunun  “ELMI ƏSƏRLƏR” Toplusuna elmi məqalənin qəbulu haqqında 

ARAYIŞ 

Müəllifin adı, soyadı

 

 

 

Məqalənin adı

 

 

 

 

Təhsil aldığı müəssisənin adı

 

e-mail ünvanı

 

 

Telefonu

 

 

Elmi dərəcəsi və işlədiyi təşkilatın adı

 

 

 

Məqalənin UOT

kodu

 

İxtisas

 

 

Həcmi

 

 

Digər jurnallara göndərilmədiyi haqqında zəmanət

 

Təhvil verildiyi tarix

 

 

 

Müəllifin imzası

 

 

 

Qəbul edən Məsul şəxsin imzası

 

 

 

   

 Forma 1-i doldurmaq üçün aşagıdakı PDF faylını yükləyin