az   |   en   |    ru

Müsabiqənin keçirilməsi təxirə salındı

  Məlumat verildiyi kimi, AMEA İqtisadiyyat İnstitutu 03.04.2015 tarixdə vakant vəzifələri tutmaq üçün müsabiqə elan etmişdi.

  Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) elm və təhsil müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələrin tutulmasını tənzimləyən 50-ci maddəsinin 4-cü bəndinə əsasən, “Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] qəbul edir.” Lakin belə bir normativ hüquqi akt qəbul edilmədiyindən müsabiqənin keçirilməsində çətinlik yaranmışdır. İqtisadiyyat İnstitutu bu məsələ ilə bağlı AMEA-nın “Hüquq və Kadrlar” idarəsinə sorğu məktubu (25 aprel 2015-ci il tarixli 43/139 saylı) göndərmişdir.

  2011-ci ildə Təhsil Nazirliyi ali təhsil müəssisələri üçün müvafiq “Qaydalar” hazırlayaraq təsdiq etmişdir. Hazırda ali təhsil müəssisələrində vakant vəzifələrin tutulması həmın Qaydalar əsasında həyata keçirilir. Analoji “Qaydalar”ın hazırlanmasının mümkünlüyünü əsas götürərək, İqtisadiyyat İnstututu AMEA-nın rəhbərliyi qarşısında Akademiyanın elmi müəssisə və təşkilatlarında vakant yerlərin tutulması üçün “Müvəqqəti Qaydalar”ın hazırlanması ilə bağlı təkliflə çıxış etmişdir.

  Yuxarıda deyilənlər nəzərə alınaraq AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. N.İmanovun 27 may 2015-ci il tarixli, 111 saylı əmri ilə AMEA İqtisadiyyat İnstitutunda vakant vəzifələrin tutulması üzrə müsabiqənin keçirilməsi müvəqqəti olaraq təxirə salınıb.