az   |   en   |    ru

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi haqqında

  • Oxunub 280 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qərar

Bakı şəhəri 07 dekabr 2016-cı il

AMEA-nın İqtisadiyyat İnstitutunun direktorucvəzifəsinə seçkilərin keçirilməsi haqqında

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin vakant olduğunu nəzərə alaraq,
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:
 
1. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə seçki keçirilsin.
2. Seçki “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə
haqqında Əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər
statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na
uyğun həyata keçirilsin.
3. AMEA-nın İctimai Elmlər Bölməsinə (AMEA-nın müxbir üzvü Nərgiz Axundova)
tapşırılsın:
3.1. Seçkilərin keçirilməsi haqqında elanın respublika mətbuatında dərc edilməsi
təmin edilsin;
3.2. Direktor seçkiləri ilə əlaqədar digər təşkilati işlərin müəyyən olunmuş qaydada
həyata keçirilməsi təmin edilsin.
4. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə
həvalə edilsin.
 

 AMEA-nın prezidenti                                                    akademik Akif Əlizadə