az   |   en   |    ru

Müdiriyyətlə Həmkarlar Təşkilatı arasında müqavilə imzalanıb

  • Oxunub 376 dəfə

  Yanvarın 5-də AMEA İqtisadiyyat İnstitutunun müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2017-ci il üçün kollektiv müqavilə imzalanıb

 Bu müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəddir. Sənədi İnstitutun müdiriyyəti adından İnstitutun direktoru, prof. Nazim Müzəffərli (İmanov) və Həmkarlar İttifaqı Komitəsinin adından Komitənin sədri Tanrıverdi Paşa imzalayıblar.

 Müqavilə AR Əmək Məcəlləsinə, AMEA-nın nizamnaməsinə, AR Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında və AR Nazirlər Kabineti, AHİK və AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanmış «Baş kollektiv saziş»ə (№ 154, 15 aprel 2016-cı il) əsasən tərtib edilmişdir.

 Müqavilənin əsas məqsədi İnstitutun ümumi maraqları ilə işçilərin mənafelərini uzlaşdırmaq, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunmasında müdiriyyətlə HİK-in birgə fəaliyyətini tənzimləməkdir. Tərəflər İnstitutun ümumi maraqlarını nəzərə almaqla yanaşı bir-birlərinin vəzifə və öhdəlilklərinə də hörmətlə yanaşmağı əsas kimi qəbul edirlər. Sənəd İnstitutun fəaliyyətində və işgüzar mühitin yaradılmasında əhəmiyyətli və faydalı olacaq (economics.com.az).

Müqavilə ilə aşağıdakı linki yükləməklə tanış olmaq olar

AMEA İqtisadiyyat İnstitutunun Müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə (yüklə)