az   |   en   |    ru

Həmkarlar Təşkilatı Komitəsinin toplantısı keçirilib

  • Oxunub 70 dəfə

 Oktyabrın 17-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin Tanrıverdi Paşanın sədrliyi ilə növbəti iclası keçirildi. Toplantıda İnstitutun ehtiyacı olan və müvafiq ərizə ilə müraciət etmiş əməkdaşlarına maddi yardım ayrılması barədə qərar qəbul olundu. Habelə ilin sonunda - yeni il ərəfəsində bayram tədbirlərinin keçirilməsi və digər təşkilati məsələlər müzakirə edildi (economics.com.az).